BAKI, 11 aprel. TELEQRAF

ABŞ administrasiyası İranın nüvə silahı hazırlamasından ehtiyat edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Əbu-Dabidə keçirdiyi mətbuat konfransında deyib.

"İranla münasibətlərimizdə güddüyümüz məqsəd İranın nüvə proqramının aradan qalxmasıdır. Buna nail olmağın ən yaxşı yolu danışıqlardır. Amma təbii ki, bunun üçün müəyyən təsir rıçaqları lazımdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, Amerika administrasiyası İranın həm Yaxın Şərqin, həm də bütün dünyanın təhlükəsizliyini təhdid edəcək öz nüvə silahını hazırlaya biləcəyindən ehtiyat edir.

"Bunun qarşısı alınmalıdır", - deyə Rayt əlavə edib.