
BAKI, 4 aprel. TELEQRAF
NATO Rusiya ilə münaqişədən sonra Ukraynaya üzvlük vəd etməyib.
Teleqraf xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Mark Rutte səsləndirib.
Onun sözlərinə görə, alyans Ukraynanı döyüşləri davam etdirə bilməsi üçün dəstəkləyəcək.
Kiyevə hərbi dəstək Visbaden komandirliyi və NATO-nun Ukraynadakı nümayəndəliyi vasitəsilə həyata keçiriləcək.
“Münaqişə başa çatdıqdan sonra NATO Ukraynanı elə gücləndirəcək ki, Rusiya artıq bir kvadrat kilometr belə torpaq əldə edə bilməyəcək", - Rutte əlavə edib.
Baş katib ABŞ-nin atəşkəsə dair razılığa gəlmək cəhdlərini dəstəklədiyini, eyni zamanda Avropa ölkələrinin Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə etməsini alqışladığını bildirib.