BAKI, 4 aprel. TELEQRAF

Livanın Sidon liman şəhərində İsrail ordusunun pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində üç nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, öldürülənlər arasında HƏMAS hərəkatının rəsmisi Həsən Fərhad da olub.

Bundan əlavə, İsrail ordusunun Livanın cənubundakı Naqura və Nəbatiyyə bölgələrinə hücumlar təşkil etdiyi açıqlanıb. Hücumlar ötən gecə və bu gün səhər saatlarında qeydə alınıb.

Bölgədə müşahidə olunan gərginlik fonunda İsrail və HƏMAS arasında davam edən münaqişənin Livan ərazisinə yayıldığına dair narahatlıqlar artmaqdadır.