
BAKI, 23 mart. TELEQRAF
ABŞ İranın nüvə proqramından tamamilə imtina etməsinə nail olmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals məlumat verib.
Onun sözlərinə görə, keçmiş prezidentlər Co Bayden və Barak Obamanın administrasiyası dövründə mövcud olan “sən məni, mən də səni" prinsipi artıq keçərli deyil.
Vals deyib ki, İran nüvə proqramından əl çəkməlidir, əks halda bunun “nəticələri” olacaq.