BAKI, 22 mart. TELEQRAF

Rusiya əleyhinə olan sanksiyaları ləğv etmək lazımdır, onlar Almaniya iqtisadiyyatını məhv edir.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamenti (AP) və "Almaniya üçün Alternativ" partiyasının üzvü Arno Baudzemer bildirib.

Onun sözlərinə görə, sanskiyalar Rusiyaya iqtisadi baxımdan heç bir zərər vurmayıb.

“Almaniya iqtisadiyyatı bu sanksiyalardan çox ciddi zərər çəkib. Bu dayandırılmalıdır" - AP üzvü vurğulayıb.