BAKI, 21 mart. TELEQRAF

ABŞ administrasiyası İranı neft ixracı imkanından məhrum etmək istəyir.

Teleqraf xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

O, İran neftinin nəqli və Çində emalı ilə əlaqəli olan 13 şirkət və 8 gəmiyə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib.

"İranın dünyadakı davranışı Amerikanın milli təhlükəsizlik maraqlarını təhdid edir. Prezident Donald Tramp İranın nüvə təhlükəsini dayandırmaq, onun ballistik raket proqramını cilovlamaq və terrorçu qruplara dəstəyinə son qoyçaq üçün Tehrana qarşı maksimum təzyiq kampaniyasını bərpa edib. Maksimum təzyiq kampaniyası İranın neft ixracını dayandırmaq məqsədi daşıyır", - Temmi Bryus bildirib.