BAKI, 20 mart. TELEQRAF

ABŞ İranla bağlı 14 fiziki və hüquqi şəxsə sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Söhbət Panamada, Çində, Seyşel və Vircin adalarında qeydiyyatdan keçmiş təşkilatlardan gedir.

Bundan əlavə, Panama, Barbados, San Marino və Komor adalarının bayraqları altında qeydiyyatdan keçmiş neft tankerlərinə məhdudiyyətlər qoyulub.