BAKI, 20 mart. TELEQRAF

Almaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Stefan Şnek ölkəsinin 13 il fasilədən sonra Qüdsdə səfirliyini yenidən açdığını bəyan edib.

Teleqraf xəbər verir ki, Şnek bu barədə sosial media hesabında paylaşım edərək Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu gün Qüdsdə səfirliyin rəsmi açılışını etdiyini bildirib.

"Daha yaxşı Suriya üçün bütün suriyalılarla sıx əməkdaşlıq etməkdən məmnunuq" – paylaşımda qeyd olunub.

Səfirlik heyəti hələ tam formalaşmadığından viza və konsulluq xidmətləri daha bir müddət Beyrutdakı Almaniya səfirliyi vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, Almaniya 2012-ci ildə Suriyadakı vətəndaş müharibəsi səbəbilə Qüdsdəki səfirliyini bağlamaq qərarı vermişdi.