
BAKI, 20 mart. TELEQRAF
İsrailin paytaxtı Təl-Əviv şəhəri raket hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of İsrael” saytı məlumat yayıb.
Raketlərin Qəzza zolağından atıldığı qeyd olunub.
Vəziyyətlə əlaqədar şəhərdə həyəcan siqnalları işə düşüb.
Hadisəyə münasibət bildirən HƏMAS hərəkatı hücuma görə məsuliyyəti üzərinə götürüb.
“İsrailin dinc əhaliyə qarşı cinayətlərinə cavab olaraq Təl-Əvivə raket hücumu həyata keçirilib” - qruplaşma bildirib.