BAKI, 16 fevral. TELEQRAF

Yessentukidə naməlum qadın Qələbənin 80 illiyinə həsr olunmuş bannerin üzərinə ayaqlarını silib.

Teleqraf xəbər verir ki, bu barədə şəhər meri Vladimir Krutnikov açıqlama yayıb.

Hadisə şəhərin küçələrindən birində baş verib. Naməlum qadın Qələbənin 80 illiyi şərəfinə hazırlanmış pankartı hasardan kəsib. Qadın daha sonra onun üzərində yeriyib və bannerə ayaqlarını silib. Bu məqam videomüşahidə kamerasına düşüb.

REN TV xəbər verir ki, pankartı kəsən qadın, ilkin ehtimala görə, sərxoş vəziyyətdə olub. Hadisə onun sevgilisi ilə davasından sonra baş verib.

Polis əməkdaşları videomüşahidə sistemi sayəsində cinayətkarın şəxsiyyətini müəyyən ediblər. 45 yaşlı yerli sakin saxlanılıb.