
Müharibə Ukraynanı Avropa Birliyinin "Əfqanıstanı"na çevirə bilər.
Teleqraf xəbər verir ki, bunu "Fox News"a müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın genişmiqyaslı işğalına məruz qalan Ukraynaya kömək etmək üçün yüz milyardlarla avro xərcləyib.
ABŞ-nin Əfqanıstanda apardığı 20 illik müharibəyə toxunan Orban əlavə edib ki, əgər Prezident Tramp həll yolu tapa bilməsə, bu müharibə Avropada "yeni Əfqanıstan" yaradacaq.
“Sonsuz müharibə, sonsuz münaqişə... ondan çıxış yolu yoxdur. Enerji, insan həyatı, pul, hər şey əldən alınır. Avropa Birliyində normal həyatın nizamı pozulur. Biz ciddi təhlükə altındayıq”, - deyə V.Orban bildirib.
Orban bəyan edib ki, Rusiya NATO-ya üzv olmaqdan çəkindirmək üçün Ukraynaya müdaxilə edib: “Mən Putin tərəfdarı deyiləm, Macarıstan tərəfdarıyam. Ruslar qalib gəlir. İndi əsas sual budur. Rusları müharibəni dayandırmağa necə inandırmaq olar?”