
BAKI, 15 fevral. TELEQRAF
ABŞ əgər özünün qitə təhlükəsizliyindən narahatdırsa, hərbi təhdidlərdən əl çəkməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"ABŞ Cənubi Koreya ilə birlikdə hərbi təlimlər planlaşdırır və Koreya yarımadasına nüvə sualtı qayıq göndərərək qarşıdurma yaradır. Buna görə də özünümüdafiə gücünü artırmaq Şimali Koreyanın suveren hüququdur", - məlumatda deyilir.