BAKI, 10 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan görünməmiş xarici təcridlə üzləşib.

Teleqraf xəbər verir ki, bunu baş nazirin ABŞ-yə səfərini şərh edən Ermənistan parlamentinin deputatı Samvel Fərmanyan deyib.

“Nikol görünməmiş daxili və xarici təcridlə üzləşib. İndi bütün güc mərkəzlərində rədd edilir, artıq onlar üçün köhnəlib”, - deputat bildirib.

Xatırladaq ki, Nikol Paşinyan fevralın 3-dən 7-dək ABŞ-də səfərdə olub. Bu müddətdə Vaşinqtonda Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio tərəfindən qəbul edilməyən Ermənistan Baş nazirinə yalnız səfərinin son günündə vitse-prezident Ceyms Devid Vens qısa vaxt ayırıb.