BAKI, 8 fevral. TELEQRAF

Amerika Birləşmiş Ştatları Şimali Koreya və onun lideri Kim Çen Inla münasibətləri davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim Şimali Koreya ilə, Kim Çen Inla əlaqələrimiz olacaq”, - o vurğulayıb.

Tramp qeyd edib ki, onun KXDR lideri ilə yaxşı münasibətləri olub: "Bu da hamı üçün böyük sərvətdir".