Suriyanın müxalifəti təmsil edən Milli Ordusu Minnig Hava Limanını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu Ajans" məlumat yayıb.

Məlumata görə, hava limanı PKK/YPG nəzarəti altında olub.

Qeyd edək ki, müxalif Suriya Milli Ordusunun bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel Rifat şəhəri oradakı hakim güclərdən azad olunub.