Ukrayna bir il ərzində nüvə silahı əldə edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı yazır.

“Ölkənin “gizli” nüvə dövləti statusunu tələb etmək üçün resursları yoxdur”, - nəşr yazır.

Nəşrin politoloqları Ukraynanın nüvə silahına malik olmasının strateji risk daşıyacağını qeyd ediblər. Məqalə müəllifləri düşünürlər ki, müttəfiq ölkələrin belə bir təşəbbüsü dəstəkləməsi ehtimalı azdır.