Venesuela hökuməti və prezident Nikolas Maduro ilə əlaqəsi olan ikinci təyyarə Dominikan Respublikasında saxlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dominikanın "Diario Libre" nəşri məlumat yayıb .

“Nicolas Maduro hökuməti ilə əlaqəli ikinci təyyarə Amerika hakimiyyətinin tələbi ilə Dominikan Respublikasında saxlanılıb. Hazırda təyyarə beynəlxalq hava limanındadır və müşahidə altındadır”, - nəşr qeyd edib.

Müvafiq məhkəmə qərarı olmadan təyyarənin hərəkətini davam etdirə bilməyəcəyi qeyd olunur.