İsrailin Qəzza zolağında keçirdiyi reydlər zamanı azı 5 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında uşaq da var:

"İsrail ordusunun Fələstin anklavının şimalındakı qaçqın düşərgəsindəki reydi zamanı 4 nəfər, Qəzza şəhərində isə daha bir fələstinli partlayış nəticəsində həlak olub.

Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrail Müdafiə Qüvvələrinin keçirdiyi reyd zamanı biri uşaq olmaqla dörd fələstinli həlak olub".

Telekanal həmçinin İsrail ordusunun əsgərlərinin yaşayış binasını partlatdığı Qəzza şəhərinin cənubunda daha bir ölüm və bir neçə yaralının olduğunu bildirir.