HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Valid əs-Susi öldürülüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat verib.

Bildirilib ki, İsrail Ordusu Susini Qəzza zolağının cənubunda avqustun 9-da dəqiq zərbə nəticəsində zərərsizləşdirib.

Qeyd edək ki, ötən gün də HƏMAS-ın komandirlərindən olan Samer əl-Hac hava hücumu nəticəsində ölüb.