
Cənubi Koreyada hərbi gəmidə yanğın olub. Hadisə Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisində partlayış nəticəsində baş verib.
Teleqraf.com-un “İTAR-TASS” agentliyinə istinadən məlumatına görə, insident nəticəsində xəsarət alanlar var.
Bildirilir ki, gəminin göyərtəsində mərmi partlayıb. Hazırda hadisənin necə baş verməsinin təfərrüatları dəqiqləşdirilir.