Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Xəbərə görə, Lavrov 18-19 oktyabr tarixlərində Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə KXDR-ə səfər edəcək.

Xatırladaq ki, bu il sentyabrın ortalarında Şimali Koreya lideri Kim Çen In Rusiyaya rəsmi səfər edib.