İtkin düşmüş hesab edilən bəzi vətəndaşların HƏMAS silahlıları tərəfindən əsir götürülməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk məlumat verib.
O qeyd edib ki, ən azı 260 Ukrayna vətəndaşı yaxın günlərdə İsraildən Rumıniyaya təxliyə edilməlidir.
“Bu gün 208, sabah 52 nəfər yola düşür və biz növbəti reysi oktyabrın 18-nə təşkil edəcəyik. Bütün bunlar səfirlik vasitəsilə alınmış biletlərdir”, - diplomat qeyd edib.