HƏMAS dəhşətli hərbi cinayətlər törədir, BMT-ni hərəkətə keçməlidir.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan jurnalistlərə açıqlamasında deyib.
"HƏMAS-ın infrastrukturu məhv edilməlidir. Danışıqlar erası arxada qalıb. HƏMAS-ın terror infrastrukturunu məhv etməyin, onu yer üzündən tamamilə silməyin vaxtı çatıb ki, belə dəhşətlər bir daha təkrarlanmasın", - Erdan vurğulayıb.
O həmçinin Təhlükəsizlik Şurasından HƏMAS-ın İsrailə qarşı amansız terror hücumlarını birmənalı şəkildə pisləməsini tələb edir.