"Rusiya-Ukrayna müharibəsinin 2024-cü ilin yayına qədər bitəcəyinə ümid edirik".

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

Onun sözlərinə görə, İtaliya hakimiyyəti Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli prosesinin intensivləşdirilməsinin tərəfdarıdır:

"Qarşıdurmadan çıxış yolu axtarmağa başlamağın vaxtıdır. Ümid edirəm ki, gələn ilin bu vaxtı biz Ukraynadakı münaqişə haqqında çox danışmayacağıq".