Dünya Ukrayna münaqişəsi ilə bağlı Çinin mövqeyini dinləməlidir.

Teleqraf.com "Reuters"ə istinadla xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu, münaqişənin həllinə kömək etmək üçün edilməlidir.

Ötən gün Sançes gələn həftə Çinə dövlət səfəri zamanı Çin prezidenti ilə Ukraynada sülhün əldə olunması imkanlarını müzakirə edəcəyini bildirib.