Türkiyə Xarici İşlər Nazirliyi İslam əleyhinə aksiyaların sayının artması ilə əlaqədar Avropaya səyahət etmək istəyənlərə xəbərdarlıq edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Son vaxtlar bir sıra Avropa ölkələrində terror təşkilatı ilə əlaqəli qrupların iştirakı ilə ölkəmizə qarşı təbliğat xarakterli çıxışlar da daxil olmaqla, anti-islam aksiyalarının artdığı qeyd olunur. Hadisələrin bu cür inkişafı Avropada dini dözümsüzlük və nifrətin çatdığı təhlükənin miqyasını, irqçi və separatçı hərəkatların səviyyəsini göstərir”,- deyə vurğulanır.

Nazirlik anti-islam aksiyaları riskinin yüksək olduğu bölgə və Avropa ölkələrinə səfər etməmək barədə xəbərdarlıq edir və zəruri hallarda Türkiyə konsulluqları və səfirlikləri ilə əlaqə saxlamağı təklif edir.