BAKI, 8 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi üçgünlük atəşkəsi təsdiqləyib.

Teleqraf xəbər verir ki, Zelenskinin orduya verdiyi əmrdə qeyd olunur:

“Bu gün Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs elan edilməlidir”.

Qeyd edək ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda Ukrayna ilə Rusiya arasında üçgünlük atəşkəs elan olunacağını bəyan edib.