Türkiyədə 2022-ci ildə xarici kapitallı şirkətlərin sayı 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatında deyilir.

“2022-ci ildə Türkiyədə xarici kapitallı şirkətlərin sayı 20 min 135-ə yüksəlib ki, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir”.

Qeyd olunur ki, ötən il Rusiya Federasiyası vətəndaşlarının iştirakı ilə 1363 şirkət açılıb.

Bundan əlavə, agentliyin məlumatına görə, İran şirkətlərin sayına görə ikinci yerdədir. Bu ölkə vətəndaşlarının kapitalının iştirakı ilə 1300 firma açıldı. Eyni zamanda Almaniya vətəndaşlarının kapitalının iştirakı ilə 484 şirkət açılıb.