Polşada Yeni il atəşfəşanlığı nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Karol Kejkovskin deyib.

Onun sözlərinə görə, şənliklər zamanı pirotexniki vasitələrdən istifadə nəticəsində 700-ə yaxın yanğın hadisəsi qeydə alınıb: “Ən çox zibil qutuları və avtomobillər yanıb. Eyni zamanda Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Bundan başqa, 12 avtomobilə ziyan dəyib”.

Ümumilikdə, Yeni il ərəfəsində Polşada yanğınsöndürənlərə 1200 dəfədən çox zəng edilib, 149 çağırışın yalan olduğu üzə çıxıb.