“Fransa müstəmləkəçi ölkə kompleksindən qurtulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Əlcəzair Prezidenti Əbdülməcid Təbbun deyib.

“Fransa müstəmləkəçi kompleksindən qurtulmalıdır. Eynilə, Əlcəzair də istismar edilən ölkə kompleksindən xilas olmalıdır”, - ölkə lideri bildirib.

2023-cü ildə Parisə səfər edəcəyini söyləyən Təbbun iki ölkə arasında münasibətləri xilas edəcək yeni nəslin yetişdirilməsinin Fransa Prezidenti Emmanuel Makronun iradəsindən asılı olduğunu vurğulayıb.