"Vaşinqton Ukraynada hərbi əməliyyatların artmasında maraqlı deyil".

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib. O, ABŞ-ın guya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrə etirazını dayandırması ilə bağlı bəzi KİV-lərin məlumatlarını təkzib edib.

“Bizim diqqətimizdə olan məsələ Ukraynanın öz ərazisini müdafiə edə bilməsini təmin etməkdir. Bizi düşündürən əsas məsələ məhz budur"- Rayder bildirib.