"Qərb Ukraynaya silahların tədarükünə çox gec başladı və buna görə də indi ağır silahlar artıq əraziyə vaxtında çatdırıla bilməz".
Teleqraf.com xəbər verir ki, bunu Avstriya Müdafiə Nazirliyinin hərbi strateqi, polkovnik Markus Raysner deyib.
O izah edib ki, Ukrayna Silahlı Qüvvələri ən çətin istiqamətdə - Severodonetsk cəbhəsində Rusiyanın hava üstünlüyü səbəbindən Qərb silahlarını ala bilmir.
"PzH 2000 özüyeriyən artilleriya qurğuları, eləcə də tanklar və piyada döyüş maşınları kimi ağır silahlar oraya çata bilməz və ya yalnız kiçik partiyalarla çatdırıla bilər", - Raysner qeyd edib.