BAKI, 19 aprel. TELEQRAF

Sakit okeanda, Samoa adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Samoa paytaxtı Apia şəhərindən təxminən 201 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara əsasən, insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.