BAKI, 20 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri ABŞ ilə aparılan danışıqlarda mümkün maliyyə dəstəyi məsələsini gündəmə gətirib.
Teleqraf “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Yaxın Şərqdə münaqişənin uzanacağı təqdirdə ölkədə iqtisadi vəziyyətin pisləşməsi ehtimalı ilə əlaqələndirilir.
Bildirilir ki, bu mövzu ABŞ-nin maliyyə naziri Skott Bessent ilə müzakirə olunub.
Qeyd olunur ki, BƏƏ hazırda münaqişənin ən ağır iqtisadi təsirlərindən yayınmağı bacarsa da, gələcəkdə əlavə maliyyə resurslarına ehtiyac yarana biləcəyi istisna edilmir.
Xatırladaq ki, daha əvvəl İran bəzi ərəb ölkələrindən, o cümlədən BƏƏ-dən ABŞ və İsrailə göstərilən dəstəyə görə kompensasiya tələb etməyi planlaşdırdığını bildirmişdi.
Eyni zamanda, yayılan məlumatlara görə, ABŞ və İsrailin zərbələri nəticəsində İrana dəyən ümumi zərərin 270 milyard dollar həcmində olduğu iddia edilir.