“Yaxın günlərdə Ukraynanı Donetsk, Luqansk və Xarkov vilayətlərində rus qoşunları ilə ağır döyüşlər gözləyir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna televiziyasının efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Donetsk, Luqansk, Xarkov vilayətləri istiqamətində Rusiya Federasiyasının böyük qoşun qrupu var. Onlar dayanmaq fikrində deyillər”, - Danilov bildirib.
Onun sözlərinə görə, işğalçılar yenidən toplanacaq: “Onlar yenidən toplanacaqlar. Bu istiqamətdə Silahlı Qüvvələrimizə böyük problemlər yaratmaq istəyirlər və biz də yaxın gələcəkdə ərazimiz uğrunda şiddətli döyüşlərin olacağını gözləyirik”.