Vladimir Putinin dəbdəbəli yaxtası Hamburuq limanından “qaçıb”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ötən gün alman mediası çıxış edib.

Məlumatda qeyd edilir ki, Vladimir Putinin “Graceful” adlı dəbdəbəli yaxtası Hamburq limanındakı “Blohm+Voss” gəmiqayırma zavodunu təcili tərk edib.

Bildirilir ki, 82 metr uzunluğundakı yaxta (təxminən 87 milyon avroya 2014-cü ildə tikilib) aylardır ki, Hamburuq limanında qalırdı.

Almanlar yaxtanın Rusiyaya qarşı mümkün sanksiyalar səbəbindən Hamburqu tərk edə biləcəyini ehtimal edir.