Yəmənin Ədən şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsindən ölənlər və yaralananlar var, lakin onların dəqiq sayı açıqlanmır.

Məlumata əsasən, partlayış Ədən şəhərinin hakimiyyət nümayəndələrinin olduğu avtomobil kortecinə yönəlib.

"Əl-Ərəbiyə" telekanalı öz növbəsində bildirir ki, avtomobilllərdən birində Ədən şəhər administrasiyasının rəhbəri olub.