Liviyada separatçı general Xəlifə Haftarın nəzarətində olan qanunsuz silahlı dəstələr bir-biri ilə vuruşub.

Teleqraf.com xəbər verir ki, faktı Liviya ordusunun Sirtə və Cufra Əməliyyatlar Qərargahından general Əbdülhadi Dirah təsdiqləyib.

General deyib ki, Liviyanın şərqindəki Sirtə bölgəsində Haftara bağlı qüvvələr arasında silahlı qarşıdurma qeydə alınıb. İnsident zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Onun sözlərinə görə, kəşfiyyat məlumatına əsasən qarşıdurma Haftara bağlı 166-cı diviziyada qeydə alınıb.