BAKI, 5 avqust. TELEQRAF

Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində təşkil olunan “Batumi Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Yığmamızın üzvləri yarışda ümumilikdə 22 medal – 8 qızıl, 6 gümüş və 8 bürünc mükafat əldə ediblər.

Ayan Əliyeva (27 kq, “Masallı” TK), Dərya Hüseynova (30 kq, “İrəvan” TK), Fidan Qəfərova (33 kq, “Mübariz” TK), Rada Əsəd (44 kq, “Mübariz” TK), Rüqəyya Hümbətli (51 kq, “Mübariz” TK), Səbrin Bayramova (52 kq, “Abşeron” TK), Harun Salmanzadə (58 kq, “Mübariz” TK) və Gülnaz Abdullazadə (59 kq, “Cəsur” TK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ümid Şahbazov (41 kq, “Neftçi” İK), Ülvi Məmmədov (45 kq, “Ağsu” TK), Zeyd Sadıxov (45 kq, “Mübariz” TK), Esmanur Azayeva (47 kq, “Neftçi” İK), Fərid Xəlimov (48 kq, “Mübariz” TK) və Fatimə Ramazanlı (55 kq, “Abşeron” TK) gümüş medal qazanıblar.

Ümid Aslanov (25 kq, Göygöl İK), Esma Abdullazadə (29 kq, “Ümid” TK), Əhməd Mürvətov (33 kq, “Neftçi” İK), Yaqut İsmayıllı (33 kq, “Abşeron” TK), Nazlı Hacıyeva (37 kq, Göygöl), Malikəjdər Qalabəyov (41 kq, “Mübariz” TK), Elgün Məmmədli (49 kq, “Ümid” TK) və Cavad Heydərli (53 kq, “Masallı” TK) isə bürünc mükafata sahib çıxıblar.