BAKI, 4 avqust. TELEQRAF

UFC-nin ikiqat çempionu Konor Makqreqor yenidən əməliyyat olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə irlandiyalı döyüşçü sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.

"Karyeramın beşinci əməliyyatı qabaqdadır! Hər şeyi nəzərə alsaq, bu, tamamilə normal bir göstəricidir", - deyə o, paylaşımda yazıb.

Qeyd edək ki, Konor Makqreqor iyunun sonunda keçirilən UFC 329 turnirində amerikalı Maks Hollovey ilə qarşılaşıb. İrlandiyalı idmançı döyüşün ilk raundunun ikinci dəqiqəsində ağır zədə alaraq məğlub olub.