BAKI, 3 avqust. TELEQRAF

8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.

Teleqraf xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq. Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.

Azərbaycan millisinin heyəti belədir:

Qızlar

-48 kq

Nərgiz Əhmədova

Gülşən Hüseynova

Gülgəz Musayeva

-52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

-57 kq

Vüsalə Hacıyeva

Aytən Verdiyeva

Xədicə Qədəşova

-63 kq

Nilgün Rzayeva

Oğlanlar

-73 kq

Kənan Hüseynov

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

Vidad Əliyev