BAKI, 31 iyul. TELEQRAF

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.

Teleqraf xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst və 2 qadın güləşçisi mübarizə aparacaq.

Sərbəst güləş yarışlarında 48 kq çəki dərəcəsində Hüseyn Rzazadə 1/8 finalda İran təmsilçisi Amirali Faz və ya Hindistandan Aaryan Aaryanla qarşılaşacaq. 80 kq-da Nihad Süleymanlının rəqibi isə slovakiyalı Martin Mokras və ya qırğızıstanlı Ali Zakirjanov olacaq.

Təsnifat mərhələsində 55 kq-da Abbas Şəfiyev Qazaxıstandan Temirlan Muratla, 65 kq-da Rəşid Nazarov Ermənistan təmsilçisi Erik Papikyanla, 110 kq-da isə Hakim Tağıyev Özbəkistandan Behruz Aşirovla üz-üzə gələcək.

Qadın güləşçilərdən Gülxanım Şirinova (40 kq) Monqolustan idmançısı Azzaya Battulqa, Fatimə Bayramova (53 kq) isə Macarıstan təmsilçisi Mariya Jitovozla təsəlliverici görüşə çıxacaq.