ŞUŞA, 30 iyun. TELEQRAF
Sentyabrın 14-15-də Bakıda Türk Dövlətləri Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının növbəti iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə məlumat verib.
Baş katib bildirib ki, Bakıda keçiriləcək iclasda “İslamda evliliyin təşviqi: gecikmiş evliliyin səbəbləri və evliliyə maneələr” və “İslamın elm və texnologiyaya yanaşması” mövzularında daha iki bəyannamənin nəzərdən keçirilməsi gözlənilir.
Onun sözlərinə görə, bu təşəbbüslər Şuranın cəmiyyətlərin üzləşdiyi müasir problemlərin həllinə verdiyi intellektual töhfənin artdığını nümayiş etdirir.