BAKI, 27 may. TELEQRAF
Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı nümasibəti ilə bayram namazı qılındı.
Teleqraf xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.
FOTO: Elnur Muxtar