BAKI, 27 may. TELEQRAF
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.