BAKI, 27 may. TELEQRAF

“İlk dəfədir ki, bu qədər çox insan Həcc ziyarətini yerinə yetirir. Zəvvarlar çox şad və sevinclidirlər. Onlar hacı adını qazanmağın qürurunu yaşayırlar".

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Şükürlər olsun ki, bu ilki Həccdə olan zəvvarların hamısı sağ-salamatdır. Bəzi illər olub ki, kiminsə səhhətində problemlər olub, amma bu dəfə ciddi narahatlıq yaşanmadı. Zəvvarlarımız Mina, Ərəfat və digər müqəddəs məkanlarda olub, ziyarətlərini yerinə yetiriblər".

O həmçinin qeyd edib ki, ziyarət ərzində Ulu Öndərin və şəhidlərimizin ruhuna ehsan veriləcək.

"Bu ənənə hər il olduğu kimi, bu il də davam etdiriləcək”