BAKI, 22 may, TELEQRAF

"QMİ-nin sədr müavinləri var, amma bizim yeni sədr müavininə də ehtiyacımız var”.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

QMİ sədri bu vəzifəyə Ceyhun Rüstəmovun təyin olunmasını təklif edib.

Bundan başqa Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti verildiyi üçün QMİ-nin Əsasnaməsinə dəyişiklik etməyin zəruri olduğunu qeyd edib.

Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qəbələ şəhəri “Mərkəzi Cümə” və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü olan C.Rüstəmov 2023-cü ildən Nərimanov rayonunda yerləşəın "Cümə" məscidinin imamı vəzifəsində çalışırdı.