BAKI, 17 avqust. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sənədə əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Mürsəl oğlu Ələkbərova
general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova
general-mayor Faiq Həmzəağa oğlu Məmmədova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Elfan Şakir oğlu Quliyevə.