BAKI, 17 mart. TELEQRAF

Nazirlər Kabineti notariat və vərəsəlik qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar torpaq, mülki və prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar qəbul olunub və notariat fəaliyyətinə dair qaydalarda bir sıra yenilikləri nəzərdə tutur.

Dəyişikliklərə əsasən, mirasla bağlı terminlər dəqiqləşdirilib, bəzi ifadələr yenilənib, eləcə də notariusların vərəsələrin axtarışı ilə bağlı öhdəlikləri genişləndirilib. Bundan sonra notariuslar qaib vərəsələrin müəyyən edilməsi üçün mediada və rəsmi internet resurslarında elan yerləşdirəcəklər.

Bundan əlavə, miras əmlakın qorunması müddəti, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras paylarının bölüşdürülməsi qaydaları da yenidən tənzimlənib.