BAKI, 11 mart. TELEQRAF

Nazirlər Kabineti "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu" ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı"nın təsdiq edilməsi haqqında" 12 sentyabr 2006-cı il tarixli qərarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahı yenilənib.